Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Xəzər dənizinin Lənkəran sahilində keçirilən sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şöbəsinin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Təmizlik aksiyası çərçivəsində 1 kilometrdən artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.