ADNSU-da “COP29 Energetika üçün nə vəd edir” mövzusunda seminar keçirilib

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə seminar keçirilib.

ADNSU-da “COP29 Energetika üçün nə vəd edir” mövzusunda seminar

ADNSU-nun Energetika fakültəsinin (EF) və Energetika Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29, Bərpa olunan enerji mənbələri və COP29 Energetika üçün nə vəd edir? mövzusunda keçirilən seminarda Elmi işlər üzrə prorektor prof. Lətafət Qardaşova, Energetika Nazirliyi Yanında İctimai Şuranın  sədri Şaban Nəsirov, katib Samir Həsənov, üzvü kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov, professor müəllim heyəti və tələbələr iştirak ediblər.

ADNSU-da “COP29 Energetika üçün nə vəd edir” mövzusunda seminar

İştirakçıları salamlayan Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsini beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi dəyərləndirib.

Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirov
Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirov

Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirov görüşün məqsədi barədə ümumi məlumat verib, hökumətin COP29 və bərpa olunan enerji siyasətinin daxili və xarici aləmdə dövlətmizin nüfuzunun artmasındakı rolundan danışıb.

Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov
Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov

İctimai Şuranın katibi Samir Həsənov isə “Bərpa olunan enerji mənbələri və elektrik enerjisi, suya qənaət”, şuranın üzvü imya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.

 

ƏvvəlkiUcarda zəncirvari yol qəzasında avtomobillər yarasız hala düşüb