Laçının Mirik və Quşçu kəndlərinə qar yağıb

Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bu gün Laçın rayonunda da müşahidə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsrarəngiz təbiəti ilə seçilən Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb. Bu gün, həmçinin Şuşa-Laçın yolunun bəzi yerlərinə də qar düşüb. Qar Şuşa rayonu Turşsu kəndində də müşahidə edilib.

ƏvvəlkiOğuza dolu yağıb
NövbətiMilli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb