Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub
NövbətiKazanda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub