Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Report” xəbər verir ki, idmançı fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələniblər.

ƏvvəlkiGəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 101 illiyi qeyd edilib
NövbətiTbilisidə Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunub