Uqandada qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vuraraq öldürüb

Uqandanın şimalında yerləşən qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” yerli polisə istinadən məlumat yayıb.

Hadisə Lamvoda qeydə alınıb. Onların hamısı həlak olub.

Daha 34 nəfərin yaralandığı bildirilir.

Agentliyin məlumatına görə, burada Cənubi Sudandan olan qaçqınların məskunlaşdığı Palabek düşərgəsi yerləşir.

ƏvvəlkiMoldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar
Növbətiİspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb