Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçə ünvanlandığı məktubda qeyd edilib.

Dövlətimizin başçısının məktubunda, həmçinin bildirilib: “Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Prezident İlham Əliyev bu bayram günündə Jelka Tsviyanoviçə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Əvvəlki“Air Arabia” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
NövbətiPrezident İlham Əliyev Donald Trampa zəng edib