Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Report”un xəbərinə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.
Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.
Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.
Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.
Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim”.