Təltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Sərəncama əsasən, rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 11 nəfər “Tərəqqi” medalına layiq görülüb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. Nazir ölkədə həyata keçirilən rəqəmsal transformasiya prosesi barədə məlumat verib və qazanılan uğurlarda hər bir əməkdaşın payının olduğunu vurğulayıb. Daha sonra nazir Rəşad Nəbiyev təltif olunan əməkdaşlara “Tərəqqi” medallarını təqdim edib.

Tədbirdə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rabitə ustası” adına layiq görülən sahə işçilərinə də döş nişanları və vəsiqələr təqdim olunub.

ƏvvəlkiAKTA sədri: Bu il Azərbaycanda “Milli Kibertəhlükəsizlik İndeksi” təqdim olunub
NövbətiSOCAR-da “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib