Tatarıstanın paytaxtı Kazanda pilotsuz uçuş aparatının hücumu Sovetski, Kirovski və Privoljski rayonlarında evlərdə yanğınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə 8 hücum qeydə alınıb, onlardan 6-sı yaşayış massivinə olub. Hadisələr nəticəsində ölən və xəsarət alan olmayıb.
Qeyd olunub ki, yanğın yerində operativ xidmətlər işləyir. Yaşayış binalarına PUA hücumlarının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb. Təxliyə edilmiş sakinlər yerləşdirilib və ərzaqla təmin olunub.
PUA-nın hücumundan sonra Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub, təhlükəsizlik məqsədilə iki gün ərzində kütləvi tədbirlər ləğv edilib.