KİV: Ərdoğan keçmiş müxalifət liderini köməkçisi təyin edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş müxalifət lideri, İYİ partiyanın eks sədri Maral Akşeneri köməkçisi təyin edəcək.

“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu iddia ilə jurnalist Erdal Sağlam çıxış edib.

Qeyd olunub ki, onun təyinatı artıq dəqiqləşib.

E.Sağlamın sözlərinə, bununla da Ərdoğanın köməkçilərinin sayı ikiyə çatdırılıb.

Hazırda onun köməkçisi ölkənin vitse-prezidenti Cevdet Yılmazdır.

Qeyd edək ki, qarşıdakı aylarda Türkiyə Nazirlər Kabinetində dəyişiklik olacağı gözlənilir. İddiaya görə, ən azı altı nazir vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, Akşener ötən il iyunun 5-də Ərdoğanla görüşüb O, ötən ilin mayında partiya sədrliyindən istefa verib.

ƏvvəlkiSOCAR Türkiyədə qazpaylayıcı şəbəkələrinin satışı ilə bağlı sövdələşməsini yekunlaşdırıb
NövbətiBeynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib