Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri – 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkənin hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.

“Biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, – deyə Türkiyə Müdafiə Nazirliyində bildirilib.

ƏvvəlkiAzərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb
NövbətiPrezident İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib