Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli Prezident, Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı və dəstək, eləcə də bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, – deyə teleqramda bildirilib.

ƏvvəlkiTürkiyədəki yanğında 66 nəfər ölüb
NövbətiQazaxıstanda qeyri-sabit hava şəraiti səbəbindən mindən çox avtomobil yollarda qalıb