Qazaxıstanda qeyri-sabit hava şəraiti səbəbindən mindən çox avtomobil yollarda qalıb

Qazaxıstanın Karaqanda əyalətində qeyri-sabit hava şəraiti səbəbindən yollarda vəziyyət mürəkkəb olaraq qalır.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis-patrul batalyonunun və ərazi bölmələrinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçirilib.

Hava şəraitinin pisləşməsi ilə bağlı polislər avtomobil yollarının daimi monitorinqini aparır, yollarda köməksiz vəziyyətdə qalmış sürücülərə yardım edirlər.

Yanvarın 21-nə olan məlumata görə, Karaqanda əyalətində 1000-dən çox nəqliyyat vasitəsi, o cümlədən 527 minik, 500 yük avtomobili, həmçinin 9 ictimai nəqliyyat vasitəsi yollarda qalıb.

ƏvvəlkiVladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib
NövbətiPrezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib