Ağcabədidə yol qəzasında 5 nəfər ölüb

Fevralın 28 -də saat 19:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

AZƏRTAC xəbər verir ki, Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

ƏvvəlkiAzərbaycan Hakimlərinin I Forumu keçirilib