Xankəndidə Od çərşənbəsi qeyd edilib

İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq Od çərşənbəsini qeyd ediblər. Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, Od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
NövbətiAMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib