Gimnaziada: Azərbaycanın daha bir paraüzgüçüsü medal qazanıb

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında paraüzgüçülük yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Ujiçe şəhərində təşkil edilən yarışlarda Azərbaycan təmsilçisi Rəsul Süleymanov uğurla çıxış edib. İdmançı 50 metr məsafəyə brass üsulunda 0:55 saniyə nəticə ilə üçüncü olub və bürünc medala layiq görülüb.

Daha əvvəl Murad Məmmədov 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında 2:28 saniyə nəticə ilə gümüş medal qazanıb.

ƏvvəlkiABŞ-nin NATO Hərbi Komitəsindəki nümayəndəsi istefaya göndərilib
NövbətiAnkarada Ruanda soyqırımı qurbanlarının xatirəsi anılıb