Prezident seçkiləri ilə bağlı sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

Turk.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Əvvəlkiİrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz edən nümayişçilər mərkəzi küçələri bağlayıb
NövbətiTramp Kim Çen Inla görüşəcəyini təsdiqləyib