ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetində atışma olub.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.

Atışmanı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, lakin kimliyi açıqlanmır. Baş vermiş insidenti araşdırmaq üçün Federal Təhqiqatlar Bürosu da işə cəlb olunub. Universitetdə tədris dayandırılıb.

ƏvvəlkiMilli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
NövbətiSloveniyanın xarici işlər naziri: Azərbaycan və Ermənistan arasındakı sülhün region üçün çoxsaylı faydaları olacaq