Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

“Report”un Bişkekə ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və nazirlik nümayəndələri, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və nazirlik nümayəndələri, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkələrarası mədəni-humanitar əlaqələrin inkişaf perspektivindən danışıblar.

Çıxışların ardınca tədbir qala konsert proqramı ilə davam etdirilib.

Qala gecədə Azərbaycanın incəsənət xadimləri, rəqs ansanblları təntənəli konsert proqramı ilə çıxış ediblər.

ƏvvəlkiBinəqədidə obyektdə yanğın tam söndürülüb
NövbətiPrezident İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir