Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün Mərmərə dənizi və İstanbul bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək teleqramı göndərib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, teleqramda deyilir: “Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.

Xatırladaq ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib. Tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur. Zəlzələnin episentri Mərmərə dənizində olub, 100-dən çox yeraltı təkan qeydə alınıb.

ƏvvəlkiPrezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
NövbətiPrezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb