BMT Təhlükəsizlik Şurası aprelin 29-da Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 29-da Ukrayna məsələsi ilə bağlı iclas keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən jurnalistlərə bildirilib.

Görüş Qərb ölkələrinin sorğusu əsasında keçiriləcək.

İclas Nyu-York vaxtı ilə saat 16:00-a planlaşdırılıb.

ƏvvəlkiTramp 1915-ci il hadisələri barədə “soyqırımı” sözündən istifadə etməyib
NövbətiNDU-da Azərbaycan psixoloqlarının I Forumu keçirilib