Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,3 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.

ƏvvəlkiNDU-da Azərbaycan psixoloqlarının I Forumu keçirilib
NövbətiAzərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib