İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.
“Tasnim” partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.
Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.
Qeyd olunub ki, ölkədə fövqəladə vəziyyət elan edilib.