ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib.
Turk.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bildiyiniz kimi, yaxın həftələrdə Kim Çen Inla görüşüm olacaq. Bu görüşün bütün dünya üçün uğurlu olması üçün əlimdən gələni edəcəm”, deyə D.Tramp vurğulayıb.