Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı 8 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Yol Təhlükəsizliyi İdarəsinin əyalət üzrə idarəsi məlumat yayıb.
“Onların hamısı Levokumski və Budennovski rayonlarının tibb müəssisələrinə çatdırılıblar, orada yaralılara lazımi tibbi yardım göstərilir”, – deyə məlumatda bildirilir.