Bakı Nəqliyyat Agentliyi gözlənilən güclü küləklə əlaqədar sərnişin və sürücülərə müraciət edib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlığını nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməkləri, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.
Agentlik sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.