“Ötən günlərlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında temperatur 4-5 dərəcə yüksələcək, növbəti günlərdə isə temperatur yanvar ayının iqlim normasına yaxınlaşacaq”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə ərazisində kəskin küləkli hava prosesi səngiyib: “Hazırda küləyin sürəti 16-20 m/s-dan artıq deyil. Açıq dənizdə dalğanın hündürlüyü 3.6 -5 metr arasında tərəddüd edir. Güclü külək bu gün axşama kimi tam kəsəcək”.