Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Qazax rayonundakı Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların Qazax rayon sakinləri Bayram Əliyev və Elməddin Məmmədov olduqları, bir gün əvvəl həmin ərazidən istismardan çıxarılmış daha 15 ədəd 25 metrlik relsi hissələrə bölüb “KamAZ” markalı avtomobilə yükləyərək oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.