Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Dövlət başçısı VII Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.
Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.