ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar bəyanat yayıb.
ONA xəbər verir ki, Helsinki Komissiyası sədrinin nümayəndəsi Alsi Heystinqsin bəyanatı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının rəsmi səhifəsində dərc edilib.
Bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub.
A.Heystinqs həmçinin həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin bu və faciənin anılmasının vacibliyi qeyd edib.