Dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə kalkulyator tərtib olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC xəbər verir ki, mərkəz tərəfindən təklif edilən kalkulyatorda həm 2015-ci il fevralın 21-nə, həm də 2015-ci il dekabrın 21-dək xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür. Kompensasiya məbləğini elektron hesablamaq üçün bu linkdən http://iqtisadiislahat.org/calculator/ istifadə edə bilərsiniz.