“Bu il Rusiya Prezidenti Vladimir Putin və ölkənin Baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək”.
Türk.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O deyib ki, bir həftə əvvəl Vladimir Putinlə telefon danışığı zamanı səfər məsələsini müzakirə ediblər: “Ermənistana təkcə Prezidentin səfəri nəzərdə tutulmayıb. Avrasiya İqtisadi İttifaqının aprelin 29-da Yerevanda keçiriləcək Hökumətlərarası Şurasının iclasına üzv-dövlətlərin baş nazirləri, o cümlədən Dmitiri Medvedev də qatılacaq”.