Böyük Britaniyanın “Cayman Airways” aviaşirkəti Efiopiyada baş verən aviaqəzadan sonra “Boeing 737 Max 8” təyyarələrindən istifadəni dayandırmağa qərar verib.
Türk.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib.
Qeyd olunur ki, bu qərar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün qəbul olunub.
“Boeing 737 Max 8″dən istifadəyə qadağa martın 11-dən qüvvəyə minib və Efiopiyadakı qəzanın səbəbləri müəyyən olunana qədər qüvvədə olacaq.
Daha əvvəl Çinin “Boeing” təyyarələrindən istifadəyə qadağa qoyduğu bildirilib.
Xatırladaq ki, martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında “Boeing 737” tipli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 157 nəfər ölüb.