Bakıda Azərbaycan Türkiyə – Pakistan ölkələrinin birgə ticarət sərgisi keçirilir

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan ölkələrinin birgə ticarət sərgisinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, sərgi bu gündən etibarən başlayır və aprelin 13-ə qədər davam edəcək.

Açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev çıxış edib.

O, ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Y. Abdullayev bildirib ki, bu sərgidə 50-dən çox şirkət var: “200-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu platforma ölkələr arasında ticarət dövriyyəsinin artımına şərait yaradacaq”.

Bu sərgidə tibb alətləri, farmaseptika və tibb, kosmetika məhsulları, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar və elektrik avadanlıqları, tekstil, təbii dəri, idman geyimləri, mebel, əl işləri məhsulları nümayiş olunur.

Sərginin əsas təşkilatçılarından biri Türkiyənin Sənaye və İş Adamları Dərnəyidir (TÜMSİAD).

ƏvvəlkiŞagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Birinci vitse-prezident dövlət qurumlarına tapşırıqlar verib – ƏLAVƏ OLUNUB
NövbətiSabirabad sakini özünü su kanalına ataraq intihar edib