Sabirabad rayonunda yerli sakin özünü su kanalına ataraq intihar edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalağayın kəndi ərazisində baş verib.
İlkin məlumata görə, həmin kəndin ərazisindən keçən “Sabir” kanalına bir nəfər kişi özünü atıb və boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Özünü kanala atanın şəxsiyyəti hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.