“Bakı Metropoliteni” QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.
Türk.az xəbər verir ki, hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi düşüb.
O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər sırasında olub. G.Həbibli maşinist hazırlığı prosesinə qatılanadək “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.