Vladivostokda Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasındakı təkbətək formatda görüş başa çatıb.
Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, təxminən, iki saat davam edən təkbətək görüşdən sonra Rusiya-KXDR danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
“Hökumətlərarası münasibətlərimizin tarixi, bu günümüz, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət etdik”, – V.Putin təkbətək görüşdən sonra deyib.
Görüşdə həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.