Bərdə rayon sakini güllə yarasından ölüb.
Türk.az-ın xəbərinə görə, hadisə rayonun İmirli kəndində baş verib. Kənd sakini, 48 yaşlı Nurəliyev Azər Məhəmmədəli oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına güllə yarası ilə daxil olub. Həkimlər onu xilas edə bilməyib.
Məlumata görə, A. Nurəliyevin qonşusu Hümbətov Asif Nəsib oğlunun əlində ehtiyatsızlıqdan açılan 12 kalibrli ov tüfəngi ona dəyib.