SOCAR Azərbaycan Qran-prisi ilə bağlı maraqlı statistika və faktlar

“Formula One” şirkəti SOCAR Azərbaycan Qran-prisi ilə bağlı maraqlı statistika və faktları açıqlayıb.

Türk.az xəbər verir ki, “Mercedes”in pilotu Valteri Bottasın qalib gəldiyi yarışla bağlı diqqət çəkən məqamlar bunlardır:

– Mercedes komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib Williams komandasına məxsus rekordu qırdı.

– Formula 1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə Mercedes komandasının pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.

– Ferrari komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarını ilk 4-lükdə bitirib. O, bu yarışların heç birində ilk 2-likdə yer ala bilməyib.

– Racing Point komandasının pilotu Serxio Perez bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk 6-lığa düşüb.

– McLaren komandasının pilotu Karlos Saynz son üç Azərbaycan Qran Prisində yarışı ilk 8-likdə başa vurub.

– Ötən ilki Azərbaycan Qran Prisindən sonra keçirilmiş yarışlar ərzində McLaren komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.

– Builki Azərbaycan Qran Prisi Racing Point komandasının pilotu Lens Strolun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk 10-luqda bitirərək xala yiyələndiyi 2-ci yarışdır.

– Williams komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.

– Alfa Romeo komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.

– Haas komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula 1 yarışlarını uğurla başa vursa da xala yiyələnə bilməyib. Toro Rosso komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran Pri yarışından heç birini axıracan tamamlaya bilməyib.

ƏvvəlkiAzərbaycana ən çox ixrac sifarişlərini edən ölkələr açıqlanıb
NövbətiAzərbaycandan Qətərə külli miqdarda xarici valyutanın keçirilməsinin qarşısı alınıb