“Azərbaycan faşizm üzərində qələbəyə böyük töhfələr verib”.
Türk.az xəbər verir ki, bunu Bakıda 9 May – Qələbə Günü münasibətilə Hərbi Şərəf abidəsinə əklil qoyulması mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
Səfir bu günün birgə qələbədə əməyi olan, ön cəbhələrdə vuruşan, həmçinin arxa cəbhələrdə qələbəyə töhfə verən hər kəsin bayramı olduğunu bildirib: “Azərbaycan əhalisi qələbəmiz naminə çox böyük işlər görmüş, ön cəbhələrdə faşizmlə vuruşmuş, arxa cəbhədə də çalışmışlar. Qələbə uğrunda hazırkı MDB ölkələrinin hamısı mübarizə aparıb. Müharibənin sınağından keçən dostluğumuz gələcəkdə də davam edəcək, ölkələrimizin əməkdaşlığı daha da güclənəcək. Hamımız bir yerdə faşizmi geri oturdacağıq”.