Azərbaycanda mövcud olan müxalifət liderləri imkan düşən kimi xalqı onların ətrafında möhkəm birləşməyə dəvət edir. Hakimiyyətə gələcəkləri tədqirdə insanlara daha parlaq gələcək vəd edirlər. İcazəli, ya icazəsiz mitinqlərdə iştirak edən qanı qaynar gənclər ən yaxşı halda saxlanılır, ən pis halda məhkum edilir. Bəs onlar “içəri”də olduqları zaman bol olan vaxtlarında düşünürlərmi ki, bizi mitinqlərə səsləyən müxalifət liderlərinin övladlarından həmin mitinqdə hansı iştirak edib? Onların övladları hansı sırada dayanmışdı o mitinqlərdə? Maraqlı və düşündürücü sualdır deyilmi? Bu suallara cavab var.
1.Müsavat başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər Kanadada yaşayır.
2.Müsavat liderlərindən olan Arif Hacılının oğlu Orxan Hacılı və qızı Natəvan Hacılı hal -hazırda ABŞ-da yaşayırlar.
3. Pənah Hüseynin qızı Aybəniz Hüseyn Kiprdədir.
4.Hikmət Hacızadənin oğlu Adnan Hacızadə də ABŞ-da yaşayan müxalifətçi övladları siyahısındadır.
5. Sərdar Cəlaloğlunun böyük oğlu Tural Norvecdə,digər oğlu Cəlal isə İngiltərədədir.
6. AXCP-nin sədri Əli Kərimlinin oğlu Türkel Kərimli İngiltərədə təhsilini bitirdikdən sonra karierasını ABŞ-da quranlar sırasındadır.Qızı Selcan Kərimli isə İngiltərədə yaşayır.
Bax belə