HadisəManşet Tovzuda 5 nəfər qidadan zəhərlənib 20 May 2019 Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib. Türk.az-ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.