Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib.
Türk.az-ın xəbərinıə görə, Mehriban Əliyeva sosial şəbəkədəki rəsmi hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.
“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”, -deyə Birinci vitse-prezident vurğulayıb.