Baş katib: “BMT Təhlükəsizlik Şurası münaqişələr zamanı dinc sakinlərin müdafiəsi üçün daha çox şey edə bilər”

“BMT münaqişə tərəflərinin beynəlxalq hüquqa riayət etməsi üçün daha çox şey edə bilər”.

Türk.az BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının münaqişələr şəraitində dinc sakinlərin müdafiəsi mövzusuna həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, keçən il yalnız Əfqanıstan, İraq, Mali, Somali, Cənubi Sudan və Yəməndə dinc sakinlər arasında 22800nəfər ölüb və yaralanıb. Baş katib deyib ki, insanların sıx məskunlaşdığı şəhər ərazilərində partlayıcı silahlardan istifadə edilən döyüşlər zamanı itkilər xüsusilə çox olur.

A.Quterriş qeyd edib ki, ilk növbədə milli səviyyədə işləmək lazımdır. O, üç istiqaməti fərqləndirib: “Birincisi, münaqişələr şəraitində dinc əhalinin müdafiəsinə cavabdeh olan aydın milli strukturlar yaradılmalıdır. İkincisi, humanitar təşkilatlar ehtiyacı olanlara çıxışa malik olmaq və bu cür qruplaşmaların üzvlərini beynəlxalq hüquqa əməl etməyə inandırmaq üçün qeyri-hökumət silahlı qruplaşmaları müntəzəm əlaqədə olmalıdır. Üçüncüsü, ciddi qanun pozuntularında günahkar olanları məsuliyyətə cəlb etmək”.

Baş katib vurğulayıb ki, bu tövsiyələri yerinə yetirmək üçün Təhlükəsizlik Şurasının təmin edə biləcəyi maliyyə və texniki dəstəyə ehtiyac duyulacaq.

O, BMT-yə üzv ölkələri başqalarına silah tədarük edərkən insan hüquqlarına və beynəlxalq humanitar hüquqa hörmət dərəcəsini nəzərə almağa çağırıb.

ƏvvəlkiPrezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib
NövbətiTürkmənistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib