Amerika Birləşmiş Ştatları “Abrams” tanklarının ilk partiyasının Ukraynaya göndəriləcəyini rəsmən təsdiqləyib.
“Report” xəbər verir ki, bunu ABŞ ordusu üçün silahlar alan Duq Buş deyib.
Onun sözlərinə görə, payızın əvvəlində “Abrams” tanklarının ilk partiyasının Ukraynaya çatdırılması gözlənilir:
“Onlar (Tanklar – Qeyd) hazırdır. İndi hər şeylə birlikdə Avropaya, sonra da Ukraynaya getməlidirlər. Sursat, ehtiyat hissələri, yanacaq avadanlığı, təmir obyektləri. Yəni bunlar sadəcə tanklar deyil, bu onlarla birlikdə gələn tam paketdir”.