ABŞ-ın Gürcüstandakı səfirliyi və Avropa Birliyinin Tbilisidəki nümayəndəliyi bu ölkənin müxalifətini və hakimiyyətini seçki islahatını keçirməyə, etibarın bərpası və böhrandan çıxış üçün ümumi yollar tapmağa çağırıb.
Bu barədə Türk.az RİA “Novosti”yə istinadən xəbər verir.
“Biz dinc nümayişçilərin hüquqlarını və söz ifadəsi azadlığını tamamilə dəstəkləyirik. Bu hüquqları yerinə yetirən hamını qanun və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq”, – deyə müraciətin mətndə bildirilir.
ABŞ səfirliyi və Avropa Birliyi nümayəndəliyi həmçinin bildirib ki, islahatların müvəffəqiyyətsizliyinə görə ölkənin əhalisinin çox hissəsinin məyusluğunu anlayır.
Gürcüstan parlamenti qanunverici orqana qarışıq seçki sistemindən proporsional sistemə keçidi nəzərdə tutan konstitusiyaya düzəlişlərini qəbul edə bilməyib. Bu səbəbdən parlamentin binası qarşısında etirazlar başlanıb və çadırlar qurulub. Bütün müxalifət qüvvələri hökumətə qarşı birləşib, onlar növbədənkənar seçkilərin keçirilməsini və keçid hökumətinin təyin olunmasını tələb edirlər.