Sabah Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək.
Bakıxəbər.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
İclasda, həmçinin iki ölkə arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
İclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin 1-ci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.