ABŞ hazırkı mərhələdə Çini mövcud dünya düzənini dəyişdirməyə qadir olan yeganə rəqib hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın yeni Milli Kəşfiyyat Strategiyasında deyilir.
Bu sənədin heç bir təfərrüat və ya spesifikliyi olmayan gizli versiyası ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynsın ofisi tərəfindən açıqlanıb.
“Çin beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətindədir. Bunu etmək üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücünü artıran Çin ABŞ-ın yeganə rəqibidir”, – deyə məlumatda qeyd edilir.
“Rusiya Avropa və Avrasiyada regional təhlükəsizlik nizamına dərhal və davamlı təhlükə yaradır, qlobal miqyasda pozulma və qeyri-sabitlik mənbəyidir. Bununla belə, o, Çinin malik olduğu bütün spektr potensialına malik deyil”, – sənəddə bildirilir.