ABŞ Çinin 3 şirkətinə qarşı sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O, ABŞ-nin ballistik raket istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərinə əsaslanaraq sanksiya qərarı verdiyini açıqlayıb.
Söhbət “General Technology Limited”, “Beijing Luo Luo Technology Development Co Ltd” və “Changzhou Utek Composite Company Ltd” şirkətlərindən gedir.
Bundan əvvəl oktyabrın 17-də ABŞ Çindən olan 13 şirkətə qarşı ixrac məhdudiyyətləri qoyub.